Azərbaycanda ana ölümləri ilə bağlı 10 həkim işdən qovulub

21 Dekabr 2013 16:30 (UTC+04:00)

Bu il Azərbaycanda doğuş zamanı baş verən ana ölümü faktları ilə bağlı 10 həkim işdən kənarlaşdırılıb. Bunu Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Leyla Rzaquliyeva şənbə günü nazirlikdə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu il baş vermiş 24 ana ölümü faktının 23-ü araşdırılıb. İki gün əvvəl qeysəriyyə kəsiyi əməliyyatı zamanı baş vermiş son ana ölümü faktı ilə bağlı isə ekspertizanın nəticələri gözlənilir:

"Ümumilikdə doğuş zamanı baş verən ana ölümləri ilə bağlı 10 həkim işdən kənarlaşdırılb, 77 tibb işçisinə müxtəlif inzibati cəzalar verilib".