Müdafiə naziri Türkiyəyə rəsmi səfərə gedəcək

21 Dekabr 2013 16:45 (UTC+04:00)

Müdafiə naziri səfər çərçivəsində Türkiyə Aviasiya Sənayesi (TAI) və ASELSAN şirkətlərinə də baş çəkəcək

Hərb Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov gələn həftə Türkiyəyə rəsmi səfərə gedəcək. Nazir Türkiyənin Milli müdafiə naziri, Baş Qərargah rəisi və dövlət rəhbərliyi ilə görüşlər keçirəcək. Bu barədə APA-ya öz hərbi mənbələrindən məlumat verilib.


Dekabrın 24-25-də Ankarada səfərdə olacaq Z. Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin Milli müdafiə naziri İsmət Yılmaz, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl, həmçinin bu ölkənin dövlət rəhbərliyi ilə görüşlər keçirəcək.


Müdafiə naziri səfər çərçivəsində Türkiyə Aviasiya Sənayesi (TAI) və ASELSAN şirkətlərinə də baş çəkəcək.