Yaponiyada bəylə gəlinin nigahını robot kəsib

21 Dekabr 2013 16:39 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Yaponiyanın paytaxtı Tokioda ilk dəfə nigahı rəsmi qeydiyyatçı qismində robot həyata keçirib. Açıq restoranda keçirilən nigah mərasimində I-Fairy adlı plastmas hörükləri və yanıb-sönən gözləri olan robot bəyə göstəriş verib ki, fatanı gəlinin üzündən

qaldırsın və onu öpsün.

Bəy və gəlin Yaponiyanın parlaq robot texnikası sənayesində çalışırlar. Buna görə də, gərara alıblar ki, onların kəbinini məhz robot kəsəcək.

Bəy və gəlin bu qərarlarından məmnundurlar və deyirlər ki, bu onlar üşün ən təbii seçim idi.