Azərbaycan Suriyaya silah satması xəbərini təkzib etdi

30 May 2012 18:49 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bəzi xarici KİV-də Azərbaycanın guya Suriyaya silah satması ilə bağlı məlumatı şərh edib.O, bu xəbərləri təkzib edib.

 "Bu məlumatlar yalandır. Bu xəbərləri xüsusi olaraq Ermənistan mətbuatı gündəmə gətirir. Bunlar həqiqətə uyğun deyil".