Azərbaycanın peşəkar boksçusu erməni ilə döyüşəcək

21 Dekabr 2013 19:24 (UTC+04:00)
Bu gün Rusiyanın paytaxtı Moskvada azərbaycanlı boksçu Ramal Amanov erməni idmançı Sevak Baqdasaryanla rinqə çıxacaq. Bu barədə ANS PRESS-in Gəncə bürosuna idmançının yaxını Müzəffər Mehdiyev məlumat verib.

Məluamat görə, peşəkar bokçuların rinqə çıxacağı "The winner takes it all" adlı tədbir "Dinamo" idman zalında baş tutacaq.

Bokçu Ramal Amanovun rəqibi olan erməni döyüşdə Rusiyanın Pyatiqorsk şəhərini təmsil edir.

Qeyd edək ki, peşəkar boksçu Ramal Amanov sözügedən idman növü üzrə Azərbaycan milli komandasının üzvüdür. O bundan əvvəl Azərbaycanı çox saylı beynəlxalq yarışlarda da təmsil edib və uğurlu nəticələr əldə edib.

Moskvada keçiriləcək bokş şousunda əfsanəvi idmançı Roy Cons da iştirak edəcək.

Döyüş Rusiya vaxtı ilə saat 20.00-də "Rossiya -2" telekanalı ilə canlı yayımlanacaq.