Faiq Ağayev küsülü olduğu digər xalq artisti ilə barışdı
21 Dekabr 2013 19:37 (UTC+04:00)
Uzun müddətdir ki, küsülü olan iki xalq artisti Nisə
Qasımova və Faiq Ağayev yenidən bir araya gəlib.
Axşam.az-ın məlumatına görə, "Lider" telekanalında yayımlanan
"Rəngarəng" verilişinə qonaq olan məşhurlar bir-birinin ünvanına
təriflər yağdırıb.
N. Qasımova F. Ağayevin yüksək mədəniyyət sahibi olduğunu
bildirib:
"Faiq elə bir mədəniyyət sahibdir ki, buraya mütləq gəlməliydi. Heç
vaxt mənim dəvətimi geri çevirməzdi. İki əli qanda olsa belə,
gələcəkdi. Aradan qara pişik də keçsə, mədəniyyət buna imkan
vermir".
Faiq Ağayev isə Nisə Qasımovanın sənətindən danışıb:
"Nisə xanım əsl sənətkar, sənət göstəricisi olub. Uşaq idim, onun
konsertlərinə baxıb deyirdim, mən də belə çıxışlar edəcəm. O,
insani xüsusiyyətləri aşılayır. Öz musiqiçiləri belə ona "Nisə
mama" deyə müraciət edir. Bu dəvət onu yenidən görməyimə bir fürsət
oldu".