Rza Zərrabda dəhşətli xəstəlik aşkarlanıb

21 Dekabr 2013 23:06 (UTC+04:00)
Türkiyədə keçirilən rüşvət və korrupsiya əməliyyatları çərçivəsində saxlanılan iş adamı Reza Zerrab xərçəng olduğunu iddia edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Zerrab bunu prokurorluğda verdiyi ifadədə bildirib. Reza Zerrab təcili olaraq müalicəyə ehtiyacı olduğunu deyib.
"Mənim böyrəyimin üstündə şiş vardı. Xərçəng diaqnozu qoyulub. Bu 4 günlük proseslər ərzində "Haseki xəstəxanasına göndərildim. 4 günə bu şişin 1 cm böyüdüyü müəyyənləşib. Buna təcili olaraq tibbi müdaxilə edilməlidir və mən kimya terapiyaya başlamalıyam. Bu barədə bütün tibbi arayışlarımda məlumat var. Diaqnoz "Haseki"sdə qoyulub".