Dünya şöhrətli siyasətçini artistlə səhv saldılar
22 Dekabr 2013 15:05 (UTC+04:00)
Hindistanda Nelson Mandelanı tanınmış
aktyor Morqan Frimanla səhv salıblar.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər veri ki, Hindistanın
cənubundakı Tamiland ştatında Nelson Mandelanın xatirəsinə
hazırlanmış banerdə Morqan Frimanın şəklini qoyublar.
Çandrasekaran adlı tekstil mağazasının sahibi Mandelanın öldüyünü
eşidib onun xatirəsini anmaq istəyib. O, küçələrdən birinə böyük
baner yerləşdirib, üzərində apardığı mübarizəyə görə siyasətçiyə
minnətdarlıq ifadə edən sözlər yazdırıb. Ancaq şəkilləri səhv
salıb.
Banerin üstündəki mətndə belə yazılıb: "Biz qürur duymalıyıq ki,
onunla eyni dövrdə yaşamışıq".