"Mars çəhrayısı" brilyant daş auksiona çıxarılır

30 May 2012 21:45 (UTC+04:00)

BBC news xəbər verir ki, Mars çəhrayısı adlandırılan brilyant daşın ölçüsü 12 karatdır və o, çox nadir hesab olunur.

Daşa bu ad 1976-cı ildə, tanınmış amerikalı zərgər Harry Winston onu satanda verilib.


Həmin il ABŞ Marsa peyk göndərmişdi və daş planetin rənginə uyğun olaraq, "Mars çəhrayısı" adlandırılmışdı.


Dünyanın ən məhşur çəhrayı brilyantının sahibi Britaniya Kraliçası II Yelizavetadır.

"Williamson çəhrayısı" adlı brilyant daş ona 1947-ci ildə toyu zamanı verilib. 23.6 karat yumru daş daha sonra bəzək sancağına yerləşdirilib.


Honq Konqda "Mars çəhrayısını" auksiona çıxaran Christie's deyir ki, brilyantın dəyəri 8-12 milyon dollardır.

 

Türkan Nadirqızı

Movqe.Az