İranın yeni raketləri 200 kilometrlik hədəfi vuracaq

22 Dekabr 2013 10:54 (UTC+04:00)

Fars körfəzində keçirilən hərbi təlimlər zamanı İran Hərbi-Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr 200 kilometrlik hədəfi vurmaq gücünə malik olan "Qədr" raketlərini uğurla sınaqdan keçirib.


APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran ordusunun general-mayoru Hüseyn Çitforuş bildirib. "Müxtəlif tipli qırıcı təyyarələrə quraşdırılması mümkün olan bu raketlər hərbi təlimlər zamanı uğurla sınaqdan keçirilib", deyə Hüseyn Çitforuş bildirib.

İran KİV-lərinin məlumatına görə, 200 kilometrlik hədəfi vurmaq gücünə malik olan "Qədr" raketləri İran Hərbi-Hava Qüvvələri tərəfindən gələcəkdə baş verə biləcək hərbi əməliyyatlarda istifadə edilə bilər.