Suriyada avtobus partlayıb: ölən və yaralanan var

22 Dekabr 2013 17:05 (UTC+04:00)

Terakt ibtidai məktəbin qarşısında baş verib

Suriyanın Homs şəhərində ibtidai məktəbin önündə bomba nəticəsində avtobus partlayıb. Rusiya mətbuatına yayılan məlumata görə, bu informasiyanı SANA agentliyi təsdiq edib.

Partlayış nəticəsində ölən və yaralananların olduğu deyilir, ancaq onların dəqiq sayı haqda hələlik məlumat verilmir.