Putin separatçı rejimlərlə bağlanılan sazişləri ratifikasiya edib

22 Dekabr 2013 17:35 (UTC+04:00)

Rusiya Abxaziya və Cənubi Osetiyanın bir çox məhsullarına görmük rüsumu almayacaq

Rusiya prezidenti Vladimir Putin Rusiyanın Abxaziya və Cənubi Osetiya ilə bağladığı azad ticarət haqqında sazişi ratifikasiya edib.


Movqe.az Rusiya mətbuatına istinadən xəbərə verir ki, bağlanan sazişə görə Rusiyanın bu qondarma respublikalarla ticarəti zamanı bir çox məhsullara görmük rüsumu alınmaycaq.


Sazişdə xüsusilə qeyd olunub ki, Rusiyadan Abxaziyaya il ərzində göndərilən 50 min tondan çox, Cənubi Osetiyaya isə ildə 35 min tondan artıq benzin və dizel yanacağından rüsum tutulacaq. Ancaq bu iki qondarma respublikalardan Rusiyaya göndərilən şəkər, spirt və tütün məmulatları hələ də azad ticarət zonasına daxil edilməyib.