Azərbaycanlı boksçu erməninin "çənəsini oynatdı"

22 Dekabr 2013 21:49 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvada rinqə çıxan Ramal Amanov Sevak Baqdasaryana xal hesabı ilə qalib gəlib

Rusiyanın paytaxtı Moskvada "The winner takes it all" adlı yarışda iştirak edən azərbaycanlı idmançı erməni rəqibini məğlub edib. Anspress-in məlumatına görə, peşəkar boksçu Ramal Amanov erməni Sevak Baqdasaryanla rinqə çıxıb. İdmançımız 2005-ci ilin Dünya çempionatının gümüş mükafatçısı Baqdasaryana xal hesabı ilə qalib gəlib. 


Gecənin əsas görüşü amerikalı Roy Consla Fransa təmsilçisi arasında olub. Amerikalı idmançı rəqibini məğlub edərək qalib olub.