Mələklərin qanadları yoxdur?

22 Dekabr 2013 20:18 (UTC+04:00)
Vatikan daxilində yalnız mələklərlə əlaqədar iş icra edən bir Katolik Kilsəsi , mələklərin qanadlarının olmadığını açıqlayıb. Mələklərin var olduğunu lakin bilinənin əksinə qanadsız olduqlarını iddia edən heyətdə çalışan Papa Renzo Lavatori etdiyi şərhdə , "Xristian dünyasında mələklərin yenidən kəşf edildiyini " söyləyib. " Mələkləri hiss edə bilərik , ancaq görə bilmərik " deyən Lavatori , sözlərinə "mələklər , kristal bir vazada qırılaraq bizə çatan günəş işığı kimidir"  deyə davam edib. İntibah şəkillərində mələklərin qanadlı təsvir edildiyi xatırlatmasına isə Lavatori şəkillərin yalnız xəyal gücünə əsaslanaraq çəkilib , həqiqəti  əks etdirmədiyi şəklində cavab verib. Cəmiyyətlərin getdikcə dindən uzaqlaşması səbəbiylə cəmiyyətdə "Şeytana daha çox yer açıldığını müdafiə edən heyət , mələklər mövzusunda edilən işlərin daha da artırılması lazım olduğunu" bildirib.