Türkiyədə 25 dövlət işçisi işdən çıxarılıb

22 Dekabr 2013 20:28 (UTC+04:00)

Onların arasında İstanbulun Təhlükəsizlik idarəsinin başçısı Hüseyn Çapkın da var

Türkiyə rəhbərliyi bu gün daha 25 polis məmurunu işdən çıxarıb. Movqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, işdən çıxarılanlar dekabrın 17-də "Böyük rüşvət" əməliyyatı zamanı adları hallananlar imiş.


Qeyd edək ki, əməliyyat başlayandan bəri 70 nəfər güc strukturlarının nümayəndələri öz vəzifələrindən azad edilib. Onların arasında İstanbulun Təhlükəsizlik idarəsinin başçısı Hüseyn Çapkın da var. Siyasətçilər hesab edir ki, antikorrupsiya kampaniyası ölkənin baş naziri Rəcəb Tayyip Ərdoğan üçün gözlənilməz olub.


İstintaq zamanı 24 nəfərin də həbs edilməsi böyük rezonans doğurub. Rəcəb Tayyib Ərdoğan öz çıxışında Türkiyədə baş verən bu olaylarda "beynəlxalq qüvvələr"in və "qara güclər"in əli olduğunu qeyd edib.