Rozanın ahı Qaraqan və Güneli tutdu -ŞOK

23 Dekabr 2013 01:11 (UTC+04:00)
Bugünkü "Möhtəşəm Maşın" şou öz füsunkarlığı ilə seçilib. Mövqe.az xəbər verir ki, şounun iki maraqlı iştirakçısı- iki dost Elxan Zeynallı və Günel Hümbətova ikisi də əllərini çəkərək "Maşın"ı tərk edib. Səsverməyə çıxan klarnet ifaçısı Hüseyn Məmmədoğlu şou zamanı "Elxan sənə söz vermişəm səni çıxartmayacam" və ya " Elxan 99% səni çıxartmayacam" desə də, sonda məhz elə Elxan Zeynallının adını çəkib. Lakin aparıcı Günel Hümbətova düzgünlüyün tərəfdarı olduğunu deyərək tribunaya Elxandan əvvəl  yaxınlaşıb. Qaraqanı müdafiə edən Günel Hüseynə səslənib: " Axı, sən mənə söz vermişdin. Düzgünlük tərəfdarıyam"deyərək hər kəslə sağollaşıb, oyunu tərk edib. Şounun aparıcısı Murad Dadaşov Hüseyn Məmmədoğluna müraciət edərək, bildirib: "Elxan, getsin ya qalsın ?Seçim sizindir " Hüseyn isə cavabında "Qala bilər" deyib. Ancaq Elxan Zeynallı bu jesti qiymətləndirməyi lüzum bilməyərək, fikrini deyərək əlini maşından götürüb: " Mən heç bir iştirakçını təhqir etməmişəm. Heç kəsə də meymun deməmişəm. Kim isə sözümü səhv anlayıbsa, bu onun öz günahıdır. Mən bu şou zamanı maşının ətrafında gəzən zaman vicdan toplamışam. Hansı birinizə lazım olsa həmin vicdanı hədiyyə edə bilərəm".

Qeyd edək ki, iştirakçılar Qaraqanın dünən Roza Zərgərlini çıxaran zaman söylədiyi nitqi bəyənməyiblər. Və Hostçunun onları təhqir etdiyini bəhanə ediblər.