Qar Amerikada həyatı iflic edib

23 Dekabr 2013 12:26 (UTC+04:00)

Şiddətli buz fırtınası özüylə qar və sulu qar gətirərək Kanadanın böyük şəhərlərini, Toronto və ölkənin şərqindəki həyatı iflic edib. Qasırğa regiondakı 400.000 insanı işıqsız qoyub, ictimai nəqliyyat sisteminin bir hissəsini bağlanmağa məcbur edib. Toronto, Ottava və Montreal hava limanlarında gözləyən sərnişinlərin onlarla uçuşu ləğv edilib və təxirə salınıb. Təxminin 11 ölüm ABŞ və Kanadadakı qasırğa uvbatından baş verib. MOvqe.Az BBc-yə istinadən bildirir ki, Toronto meri Rob Ford qasırğanı "Toronto tarixinin ən dəhşətli qasırğası" adlandırıb. O, şəhərin əsas məqsədinin Sannibruk və Şərqi Toronto xəstəxanalarının bərpası olduğunu deyib.