Britni Spirs Yeni ili kimlə keçirdəcək?
23 Dekabr 2013 14:36 (UTC+04:00)
Məşhur müğənni Britni Spirs
müsahibələrinin birində qeyd edibki, Yeni ili oğulları və sevgilisi
Devid Lukado ilə keçirdəcək. Ulduz, jurnalistlərin suallarını
cavablandırarkən bildirib ki, "Mən yeni ili ailəm ilə birlikdə qeyd
edəcəm. Yeni il gecəsi biz Las-Veqasda yerləşən Koi restoranına
getməyi planlaşdırırıq". Britninin oğullarına nə hədiyyə edəcəyini
soruşduqda isə o belə deyib : "Onlar müxtəlif şeylər istəyir, 7
yaşlı oğlum Şon "iPad mini", 8 yaşlı oğlum Ceynd isə yeni telefon
istəyir. Britninin özü isə nə istəyəcəyini bilmir "Axı mənim hər
şeyim var nə istəyəcəyimi belə bilmirəm" deyərək sualları
cavablandırıb. Qeyd edək ki, 2014-cü ildə Britninin Las-Veqasda 55
konsert verəcəyi planlaşdırılıb.