Azərbaycanda sərnişin vaqonları istehsal edən zavod tikiləcək

23 Dekabr 2013 14:51 (UTC+04:00)

Azərbaycanda sərnişin qatarları vaqonlarının istehsalı zavodunun tikintisi ilə bağlı yaxın zamanlarda yekun qərar veriləcək.

Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov söyləyib.

A.Əsgərov bildirib ki, hazırda ölkədə mövcud vaqon parkının yenilənməsi məqsədilə istifadədə olan vaqonların təmiri işləri aparılır və bu yaxınlarda Ukraynanın Dnepropetrovsk Vaqon Təmiri Zavodunda 50 sərnişin vaqonu təmir olunaraq Azərbaycana gətirilib. Hazırda həmin vaqonlar Bakı-Moskva və Bakı-Tiflis beynəlxalq sərnişin reyslərində istismar olunur.

 

"Çexiya və Rusiya zavodlarında da vaqonların təmiri davam etdirilir", - deyə A.Əsgərov vurğulayıb.