Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri təxirə salınıb

23 Dekabr 2013 15:50 (UTC+04:00)

Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana rəsmi səfəri təxirə salınıb. Bu barədə Trend-ə diplomatik mənbələrdən məlumat verilib.

Qeyd edək ki, diplomatik mənbələrdən öncə verilən məlumata görə, Georgi Marqvelaşvilinin Azərbaycana bu həftəyə nəzərdə tutulan rəsmi səfəri çərçivəsində keçirəcəyi görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivlərinin müzakirə olunacağı gözlənilirdi.

Səfərin hansı səbəbdən təxirə salınması barədə məlumat yoxdur.