Azərbaycanda internetin qiyməti aşağı salınır?
23 Dekabr 2013 20:35 (UTC+04:00)
Azərbaycanda internet xidmətlərinin qiymətlərinin aşağı salınması
üçün planlar hazırlanıb.Trend-in
məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları
naziri Əli Abbasov jurnalistlərə
açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, internetin qiymətlərində mütəmadi olaraq
ucuzlaşma gedir. İnternet xidmətlərinin qiyməti adətən bazarda
dövlət tərəfindən tənzimlənməyən qiymətlərdir. Lakin bu qiymətlərin
əmələ gəlməsində dövlətin xidmətləri var: "Biz bu xidmətlərin
qiymətlərinin aşağı salınması üçün planlar hazırlamışıq, yəqin ki,
yaxın vaxtlarda açıqlanacaq. Bundan sonra isə böyük provayderlər
ordusu da bundan istiffadə edib internetin qiymətlərini aşağı sala
biləcək".
Ə.Abbasov Azərbaycanın ilk süni peykindən əldə edilən gəlirlərə də
toxunub: "Birinci peykin gəlirləri artmaqda davam edir. Təkcə bu
ilin 6 ayında - əsas fəaliyyət göstərdiyi dövrdə təxminən 10 milyon
dollar ixrac potensialından gəlir əldə edib və bu, artan xətlə
inkişaf edir. Peykdən istifadədə əsasən Şimali Afrika, Mərkəzi
Asiya və Şərqi Avropa ölkələri maraqlıdır".