İnqiliab iştirakçıları həbs olundu

23 Dekabr 2013 17:19 (UTC+04:00)
Misirdə, insan haqları müdafiəçilərinin etirazlarına baxmayaraq çıxarılan yeni nümayiş qanununun ilk qurbanları 6 Aprel Hərəkatının qurucusu 3 gənc olub. Ölkəni 30 il boyunca idarə edən Hüsnü Mübarək iqtidarını sonlandıran 25 Yanvar inqilabının əhəmiyyətli iştirakçılarından Əhməd Mahir, Əhməd Duma və Məhəmməd Adil, "təhlükəsizlik güclərinə hücum və nümayiş qanununu pozmaq" təqsirindən 3 il həbs və 7 min dollar pul cəzasına məruz qalıb.