Paytaxtda bu avtobus ölüm daşıyır

23 Dekabr 2013 23:17 (UTC+04:00)

Bakı şəhərində sərnişin avtobusu insanları ölümlə üz-üzə qoyur. Milli.Az-ın məlumatına görə, Sumqayıt yolunda çəkilmiş videodan bunu açıq-aydın görmək mümkündür. Sumqayıt istiqamətində hərəkət edən 215 saylı marşrut avtobusunda sərnişinlər avtobusdan arı pətəkdən sallanan kimi asılıblar. Sürücü isə heç bir əhəmiyyət vermədən avtobusu idarə edir. Ani diqqətsizliyin hansı hadisəyə səbəb olacağını isə nəzərə alan yoxdur.


Məsələ ilə bağlı Bakı Sərnişin Nəqliyyat Departamentinin mövqeyini öyrənmək mümkün olmadı.