Sosial şəbəkələrdə çirkli oyun apardığı üçün qınanılan Niyamı Samir "vurdu"

24 Dekabr 2013 10:44 (UTC+04:00)

Dünən "Möhtəşəm Maşın" yenidən tamaşaçıların evinin qonağı olub. Mövqe.az xəbər verir ki, Samir Priyevin özündən başqa digər iştirakçıların hər biri onun şəklini atıblar. Səsverməyə çıxan S. Priyev 54,08 % səs toplayaraq oyunda qalıb. Müğənni ifaçı Niyam Salamini yarışmadan uzaqlaşdırıb. Öz seçiminə isə ifaçı belə haqq qazandırıb: "Niyama mən söz vermişdim ki, onu oyundan kənarlaşdıracam". Niyam isə Samirin bu hərəkətinə belə haqq qazandırıb:


"Mən bu verilişə gələndə söylədim ki, 4-5 il duz-çörək kəsdiyim adamlara toxunmayacağam. Bunlar stilst Anar Ağakişiyev, Samir və Hüseyn idi. Və onlardan xahiş etdim ki, səsverməyə çıxsalar, məni oyundan uzaqlaşdırsınlar".


Məlumat üçün bildirək ki, Hüseyn Məmmədoğlu Samir Priyevdən əvvəl səs verməyə çıxdığı gün Samir Priyev həmkarını açıq mübarizəyə səsləmiş və ona rəqibinin adını açıqlamağı məsləhət görmüşdü. Və S. Priyev özü də söz vermişdi ki, səsverməyə çıxsa rəqibinin adını açıqlayacaq və mütləq şəkildə açıq mübarizə aparacaq. Dəfələrlə bu barədə canlı efir zamanı söz verən Samir nədənsə dünən özü səsverməyə çıxanda rəqibinin adını sonuncu dəqiqəyə kimi açıqlamadı. Yalnız sonda səs yığdıqdan sonra Niyam Salaminin adını çəkdi.