"Fatih-Harbiyə" serialının baş qəhrəmanları bir arada

24 Dekabr 2013 11:01 (UTC+04:00)

Türkiyənin məşhur "Bəyoğlu Ponte" Restoranında təşkil edilən yeməyə "SHOW TV"-in baş direktoru Semih Kaya, "Fatih Harbiyə" və Koliba Filmin sahibi Ata Türkoğlu həmçinin serialda rol alan bütün aktyorlar qoşulub. Serialın baş qəhrəmanı Kadir Doğulu, "Yeni kanalımızda da serialın eyni gün və eyni saatda yayımlanması böyük üstünlükdü, marağın artacağına inanıram "deyib. Qeyd edək ki, serialda baş rolları Kadir Doğulu, Neslihan Atagül və Yunus Emre Yildırımer paylaşıb. Nəzərinizə onu da çatdıraq ki, serial əvvəl "FOX TV"də yayımlansa da hal-hazırda SHOW TV"-də sevənlərinin qonağı olacaq.