Cənubi İrlandiya və Şotlandiya Milad qasırğasına hazırlaşır

24 Dekabr 2013 11:29 (UTC+04:00)

İngiltərədəki həyatı iflic hala salan qasırğa indi də Şotlandiya və Şimali İrlandiyaya eyni təhlükəni yaşatmağa hazırlaşır. Bazar ertəsi baş verən qasırğada 2 nəfər- Kumbriadan olan bir kişi və Qvineddən olan bir qadın dünyasını dəyişib. Evlərə zərər dəyib, İngiltərənin cənubu işıqsız qalıb, dəniz və hava nəqliyyatı da bundan öz payını alıb. Dorset əyalətində, 25 nəfər daşqın sularının təsirilə yaranan sular ucbatından avtombillərində qalıb, daha sonra 5 heyət tərəfindən xilas edilib.Movqe.Az BBC-yə isinadən xəbər verir ki,  Şimali və Qərbi Şotlandiyada güclü külək olacağı gözlənilir,  Şimali İrlandiyada elektrik şəbəkəsinin zərər görə biləcəyi xəbərdarlığı edilib. Bir çox yol xidmətlərində problem yarandığından, insanlar Milad səfərlərini təxirə salmalı olub.