“Pussy Riot" üzvü Rusiya Olimpiadasını boykot etdi

24 Dekabr 2013 11:57 (UTC+04:00)

Movqe.Az BBC-yə istinadən xəbər verir ki, Azadlığa çıxmış "Pussy Riot! Qrupunun üzvü xarici ölkələri fevral ayında Rusiyada keçiriləcək Qış Olimpiadasını boykot etməyə çağırıb. Amnistiya ilə azadlığa çıxmış Nadejda Tolokonnikova bunu "kosmetik ölçü" adlandırıb. O və qrupun digər azadlığa çıxmış üzvü Maria Alyoxina həbs siteminin büyük islahata ehtiyacı olduğunu deyib və anti-hökümət aksiyalarına davam edəcəklərinə söz verib. Onlar 2012-ci ildə Moskva kilsəsində etiraz mahnısı oxuduqlarına görə həbs olunmuşdular. Onların bu hərəkəti bəzi Rusiyalılar tərəfindən dinə qarşı ləyaqətsizlik kimi qimətləndirilmiş və Ortodoks Kilsəsi tərəfindən də ittiham qınanmışdı.   Xatırladaq ki, Putin cümə günü Rusiyanın həbsdə olan ən varlı adamı Mixail Xodorovskini də əfv etmişdi. Dövlət Duması tərəfindən Moskvada qəbul olunan amnistiyaya 20.000 insan- məhkumlar, həddi buluğa çatmayan azyaşlılar, əlillər, veteranlar, hamilələr, və analar daxil olub.