Qaraqan: "Günel və mən şounun qalibi olduq"-MÜSAHİBƏ

24 Dekabr 2013 12:12 (UTC+04:00)

Elxan Zeynallı Mövqe.az saytına açıqlama verib. Şounu tərk edən Qaraqan özünü və Güneli artıq qalib hesab etdiyini bildirib : " Hər kəsin qalib olma şansı var idi. Biz Günellə artıq qalibik. Amma digərləri məğlub oldu. Düzdür maşının sahibi kimsə olacaq. Amma bu o demək deyil ki, həmin kəs şounun qalibidir. Şounun qalibi Günel və mənəm".


Necə oldu ki, Qaraqan bu şouda iştirak etdi? 


"Bu layihə çox maraqlı olduğu üçün mən  iştirak etmə təklifini qəbul etdim. "Möhtəşəm Maşın" şou çox güclü əsl realiti-şoudur.  Murad Dadaşova çox hörmət edirəm.  Bu şouda ona görə iştirakı qəbul etdim ki, bu şou-proqram digərlərindən əsaslı şəkildə fərqlənir. Çox maraqlı idi".


Roza Zərgərlini şoudan kənarlaşdıran zaman dediyiniz sözlər düzgün anlaşılmadı. Və bunu bəlkə də bəhanə edərək sizi şoudan kənarlaşdırmaq qərarı alındı. Razısınızmı?


" Mən əvvəllər bu insanları tanımadığımı  və onların məndən aşağı ağılda olduğunu düşündüyümü dedim. Amma onlarla yaxından tanış olan zaman onların iç dünyalarını bildim. Onların hər biri özünəməxsusluğu ilə seçilir. Sonra mən qeyd etdim ki, təəssüflər olsun ki, Azərbaycan tamaşaçısı onların iç dünyasını bilmək istəmir. Onlar təkcə şou, qalmaqal, onlardan meymunluq gözləyir. Mən o şouda bildim ki, bir xanım müğənninin 4 diplomu, bir kişi müğənnin isə 3 avtomobili, bir neçə villası var. O, da hansı əziyyətlə o avtomobilləri və villaları əldə edə bilməsi də çox maraqlı idi". 


"Möhtəşəm Maşın"da avtomobili udmaq Qaraqan üçün nə dərəcdə vacib idi ?


"Mənim üçün avtomobil sadəcə hərəkət vasitəsidir ki, istənilən A punktundan B punktuna çatım. Mənim özümə də maraqlı idi ki, mən şounu necə tərk edəcəm, necə qalacam, kim məni sevəcək və ya əksinə... Bu əhval-ruhiyyə verən şeylər mənim üçün önəmli idi. Hüseynə qaldıqda isə mən ona kin, hirs bəsləmirəm. Nə mən onu, nə də ki, o məni təhqir etməyib. Mən belə düşünürəm. Sadəcə hər kəs öz rolunu oynadı". 


Hansı iştirakçıların  vicdanını maşın ətrafında dolanan zaman tapdınız? 


"Adlar orada qeyd olunmamışdı. Onsuzda tamaşaçılara hər şey bəllidir. Mən orada çox şey gördüm. Necə deyərlər, arxaca çox lazımsız şeylər danışılır. Bunlar aydındır. Onların başqa təhsili var. Onlar başqa kitabları oxuyublar. Onlar başaqa həyat yaşayırlar. Mən hər şeyi başa düşürəm və adekvat qəbul edirəm. Kimsə onlara bunu söyləməli idi və mən bunda onlara kömək etdim".


Qeyd edək ki, Elxan Zeynallı "Möhtəşəm Maşın" realiti şousu zamanı əlini maşından çəkən zaman bu sözləri deyib: " Mən insanları özümdən aşağı görmürəm və heç kimi meymun adlandırmamışam. Dünən də söylədim ki, buraya gələndən sonra fikirlərim dəyişdi. Bu gözəl maşının ətrafında gəzəndə 5-6 vicdan tapmışam. Əgər kimsə vicdanını itiribsə, gəlib məndən götürə bilər. Sağolun mən getdim !".