Hansı məşhur aktrisa mahnı oxuyub?

24 Dekabr 2013 13:21 (UTC+04:00)
Türkiyənin gözəl aktrisası Fahriyə Evcən, baş rolunu oynadığı "Çalıkuşu" serialı üçün ikinci dəfə mahnı oxuyub. "Mənim Gözüm Səndə" mahnısı üçün studiyaya girən Evcən, "Mahnı oxumağın məntiqini bilmirəm. Kamera qarşısında nə hiss edirəmsə mikrofon qarşısında da eyni həyəcanı yaşayıram" deyib. Qeyd edək ki, ilk olaraq Özcan Dəniz ilə oynadığı "Evim Sənsən" filmində gözəl səsi ilə ön plana çıxan Evcən, musiqi prodüserlərindən gələn albom təkliflərindən imtina edib.