Türkiyəli məşhur prodüsser azərbaycanlı modellə evlənir-FOTO

24 Dekabr 2013 15:08 (UTC+04:00)

Tanınmış türkiyəli tele-prodüsser Kemal Cenk İçten evlənmək qərarı alıb.  Azərbaycan teleməkanında bir çox maraqlı layihələrə imza atmış Cenk bəy subaylığın daşını atmaq istəyir. Prodüsserin gələcək həyat yoldaşı azərbaycanlı aktrisa-model Minarə Allahverdiyevadır. Çoxdan bir-birlərini tanıyan cütlüyün arasında ciddi eşq münasibəti 3 aya yaxındır yaranıb. Artıq bir-birlərini daha da yaxşı tanıyan ikili yeni ilin ilk aylarında ailə ittifaqına girməyə qərarlıdırlar. Bakıda gerçəkləşəcək toy mərasiminə özəl qonaqlar dəvət alacaqlar. Cenk bəy toyda mətbuat nümayəndələrinin də qonaq qismində iştiraklarını nəzərdə tutduğunu açıqlayıb. 

Xatırladaq ki, K.C. İçtenin gələcək həyat yoldaşı M.Allahverdiyeva hazırda Xəzər TV-də yayımlanan "Sənə inanıram" teleserialında Nərminə obrazını canlandıır.