Avropa Birliyindən Türkiyəyə xəbərdarlıq

24 Dekabr 2013 15:49 (UTC+04:00)

"R.T. Ərdoğanın Türkiyənin AB-nə üzvlüyü məsələsini riskə atır"

Avropa Birliyi ölkədə baş qaldıran rüşvət və korrrupsiya qalmaqalı ilə bağlı Türkiyəyə xəbərdarlıq edib. 

Movqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Avropa Birliyinin komissarı Ştefan Fülə baş nazir R.T. Ərdoğanın Türkiyənin AB-nə üzvlüyü məsələsini riskə atdığını bəyan edib.


Komissarın mətbuat xidmətindən "Telegraph" qəzetinə verilən açıqlamada Türkiyədə "polis müdirlərinin qovulması" və "polislərlə bağlı araşdırmalar"-dan narahatçılıq ifadə olunub. 


Açıqlamada qeyd olunub ki, AB Türkiyədə düzgün bir ədliyyə sisteminin qurulmasının tərəfdarıdır. Həmçinin qeyd olunub ki, Türkiyədə polislərlə bağlı araşdırma işləri qərəzsiz və tərəfsiz aparılmalıdır