Əli Mirəliyev onu yıxıb-sürüdü: “Getsin öz xarabasına”

24 Dekabr 2013 16:30 (UTC+04:00)

Tanınmış müğənni Əli Mirəliyev mətbuata verdiyi müsahibədə yenə də qalmaqallı fikirlər səsləndirib. Amma Mirəliyev bu dəfə şou biznesdən danışmayıb. 

Publika.az-ın verdiyi məlumata görə, müğənni Sportarena.az saytına müsahibədə futbol adamlarını kəskin tənqid edib.

Əli müəllim, futbolla aranız necədir?

Yaxşı. Mənim oğlum da futbolçu idi, Taleh Mirəliev. Fuad Musayevin vaxtında oğlum futboldan iyrəndi və karyerasını bitirdi. Azərbaycan futbolu bu gün çox pis gündədir. Bizdə əvvəllər futbol olub. İndiki futbol adamları ancaq öz ciblərini düşünür, ona görə bu qədər geri qalırıq.

Futbolumuzun inkişafını necə tezləşdirə bilərik?

Keçmişə baxın, Türkiyədə futbol var idi? Bizdə futbol olanda onlar heç oynaya bilmirdilər. Amma indi biz hardayıq, onlar harda... Hamısı bizim futbol adamlarının savadsızlığından irəli gəlir.

Fuad Musayevdən niyə bu qədər narazısız?

Azərbaycan futbolunu batıran, yox edən insanlardan biri də Fuad Musayevdir. O nə bilir futbol nədir? Harda bir savadsız görürlər, gətirib futbolda rəhbər vəzifəyə qoyurlar. Ay Fuad, sənin nəyinə gərək idi hansı futbolçu hansı mövqedə çıxış edəcək? Niyə məşqçinin işinə qarışırdın? O bizim futbolu dağıtdı.

"Bakı"nın prezidenti xarici klublara milyonlar xərcləyir...

"Bakı" özünü reklam etmək istəyir. O, öz klubuna 11 futbolçu tapa bilmir. Amma "Lans" və "Atletiko"ya pul xərcliyir. Mən heç vaxt maykanın qarşısındakı yazı ilə fəxr etmərəm. Onun qarşısında, Əli Mirəliyev, Ağasəlim, Vaqif yazılsaydı, o zaman fəxr edə bilərdim.

Bert Foqts hələ 2 il də Azərbaycanda qalacaq...

O nə bilir Azərbaycan futbolu nədir. Getsin öz xarabasına. Ondan yaxşı məşqçilərimiz var, Ağasəlim, Nadir, Böyükağa. Ona verilən pulun yarısını versələr, bizimkilər də işləyər və yaxşı da nəticə olar. Hər bir futbol adamından xahiş edirəm, Foqtsun getməsini tezləşdirin. Yoxsa bizdə futbol olmayacaq.