Selena Qomes "O xoşbəxtkən mən də xoşbəxtəm"

24 Dekabr 2013 17:15 (UTC+04:00)

Keçən həftə Türkiyənin "Power 106" adlı milli radio proqramına qatılaraq gündəmə bomba kimi düşən açıqlamalar verən Castin Biberin ardınca Selena Qomesin necə bir şərh edəcəyi maraqla gözlənilib. Məşhur pop ulduzu Castin ilə köhnə Disney ulduzu aktrisa və müğənni Selena Qomesin hələ də bir-birlərini sevdikləri deyilib. Selenanın hələ sevdiyini və ən xoşbəxt zamanlarını onunla yaşadığını söyləyən Castin Biberin bu dəyərləndirməsindən sonra Selena, Castin ilə birlikdə çəkilən fotoşəkilləri öz hesabında paylaşıb, və həmin şəkillər ictimai mediyada bəyənilməyə başlayıb. Son olaraq Selena, öz fotoşəkillərindən birinin altına Castin ilə əlaqədar bir şərh yazıb. "Castin adına xoşbəxtəm. Hər nə olursa olsun, onun mənə xoşbəxtlik verdiyi bir dövr yaşadım və bu heç vaxt dəyişməyəcək. Bu indi keçmişdə qalıb. Onu daim sevəcəm. 2014 bizim üçün yaxşı bir il olacaq. O xoşbəxtkən mən də xoşbəxtəm" deyərək vurğulayıb.