Qafqazlıların Moskvada bir milyonluq mitinqi planlaşdırılır
24 Dekabr 2013 23:13 (UTC+04:00)
Yanvarın 26-da Moskvanın Manej meydanında Şimali
Qafqaz xalqlarının rus ksenofobiyasına qarşı mitinqinin keçirilməsi
planlaşdırılır.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi
məlumata görə, bunu Moskvadakı Qafqaz xalqları konqresinin
nümayəndəsi Abakar Abakarov bildirib.
Onun sözlərinə görə, aksiyaya 1 milyondan çox
qafqazlının qatılması gözlənilir: "Aksiyada əsasən Çimali Qafqaz
respublikalarından olan gəlmələr iştirak edəcəklər. Artıq Orta
Asiyadan və Volqa ətrafından olan təşkilatlar da bu mitinqlə
maraqlanmağa başlayıblar".
Abakurov təşkilatların adının indidən çəkilməsini
istəməyib.
Qafqazlıların bu mitinqlə bağlı planları da
açıqlanıb. Bildirilir ki, aksiyaçılar Moskva sakini Yuri Budanovun
ölümündə ittiham olunan vəkil Murad Musayevə qarşı cinayət işinin
saxtalaşdırılması ilə bağlı şüralar
səslənirəcəklər.
Bundan başqa onlar məktəblərdə hicabın qadağan
olunmasına və yeni məscidlərin tikintisinə mane olan bəzi hökumət
dairələrinin hərəkətlərinə, o cümlədən "Rusiya" telekanalında
millətlərarası düşmənçiliyin qaldırılmasına qarşı etirazlarını
bildirəcəklər.