Bergüzar Korəldən sürpriz qərar

25 Dekabr 2013 10:32 (UTC+04:00)

Bu günə qədər reytinq rekordları qıran proyektlərdə rol alan Bergüzar Korəl, "Öyrənmənin yaşı yoxdur" deyərək aktyorluğunu inkişaf etdirmək üçün İngiltərəyə getmək qərarı alıb. Müvəffəqiyyətli aktrisa "İşlərim bitdikdən sonra peşə mənada özümü inkişaf etdirmək istəyirəm. Buna görə özümə yaxın hiss etdiyim Londona gedəcəyəm. Bir neçə ay qalacağam. Həm istirahət həm də müxtəlif təhsil proqramlarına qatılacağam"deyib. Londonu çox sevdiyini ancaq xaricə yerləşməyi əsla düşünmədiyini söyləyən Bergüzar Korəl, "İstanbuldan başqa heç bir yerdə yaşamağı düşünmürəm. Bu şəhərdə küçədə gedərkən belə yanımdan keçən insanlarla əlaqədar başımda hekayələr yaza bilirəm. Bir müddətə fərqli şəhərlərdə qala bilərəm ancaq İstanbulu heçnəyə dəyişmərəm" deyə fikrini tamamlayıb.