Günel və Anarın "Getsin"ə səs istəməsi meyxanaçıya baha başa gəldi

25 Dekabr 2013 10:32 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, dünən "möhtəşəm Maşın" şouda həyəcanlı anlar yaşanıb. Şounu növbəti səs yığı bilməyib, tərk edən iştirakçı bəlli olub. "Ti kto takoy, davay dosvidaniya" meyxanası ilə məşhurlaşan İntiqam Rüstəmovu yarışmadan 70,60 % səslə getsin deyənlər kənarlaşdırıb. Heç kimlə sağollaşmayan meyxanaçının gözləri dolub və o, çox pərt vəziyyətdə oyunu tərk etməli olub.

Meyxanaçının getməyini istəyənlərdən biri Anar Ağakişiyev hər bəzədiyi gəlindən meyxanaçı üçün getsinə səs istəyib. Gecəyə qonaq qismində qatılan Günel də meyxanaçıya getsinə səs istəyib. Aparıcı şouda qonaq ola-ola öz instagram dostlarından kömək istəyib. Bildirib ki, hədəf onun fovariti Dj Çina ola bilər.


Gecəyə tamaşaçı qismində qatılanlar arasında yarışmadan kənarlaşdırılan müğənni Roza Zərgərli də olub. Müğənni onu yarışmadan uzaqlaşdıran Elxan Zeynallını (Qaraqan) ittiham edib:


"Qaraqan mənimlə mehriban idi. Hətta demişdi ki, Günel səndən qorxur, çünki güclü rəqibsən və ona görə də səninlə eyni qruplaşmada olmaq istəyir. O, and içmişdi ki, məni müsabiqədən çıxarmayacaq".


Günel isə şouda qalan yeganə xanım iştirakçı aparıcı Aydanın ünvanına tənqidi sözlər deyib:


"Onun burada baş verən hər bir şeydən xəbəri var. Külək kimidir, kim hansı tərəfədirsə, oraya əsir".