Türkiyənin adı rüşvət məsələsində hallanan naziri istefa verib

25 Dekabr 2013 10:48 (UTC+04:00)

Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan vəzifəsindən istefa verib.

Movqe.az-ın xəbərinə görə, adı korrupsiya qalmaqalında hallanan Z. Çağlayan bu gün istefa vermək qərarına gəlib.

 

Xatırladaq ki, Z. Çağlayanın oğlu Salih Kaan Çağlayan dekabrın 17-də İstanbul polisinin keçirdiyi rüşvət və korrupsiya əməliyyatı zamanı həbs edilib. Məhkəmə onun haqqında həbs qətimkan tədbiri seçib.