"Binə" Ticarət Mərkəzində baş vermiş yanğınla bağlı açıqlama

25 Dekabr 2013 10:57 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi "Binə" Ticarət Mərkəzində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb. Movqe.az qurumun saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu "Binə" Ticarət Mərkəzində yanğın hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən və xilasediciləri cəlb olunub.

Ticarət Mərkəzinin 4-cü və 5-cı sıralarında hər birinin sahəsi 40 kv. m olan 45 ədəd müxtəlif geyim və paltar satışı mağazalarının plastik materiallardan ibarət arakəsmələri, dam örtükləri və içərisindəki mallar 1800 kv. m sahədə yanıb.

Yanğından ticarət mərkəzinin qalan hissəsi mühafizə olunmuşdur. Nazirliyin xilasetmə qüvvələri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Yanğın saat 02:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.