Hüseyn Dərya: "Ağzımdan köpük gəldi"-Açıqlama-ÖZƏL

25 Dekabr 2013 11:48 (UTC+04:00)

Hüseyn Dərya həbs olunması ilə bağlı Mövqe.az-a eksklüziv açıqlama verib: " Mən evimdə oturub, hal-hazırda sizlə danışıram. Əlbəttə ki, həbs olunmamışam. Məni gözü götürməyənlər bildirir bu informasiyaları... Sizdən başqa bunu kim deyir qələt edir. Mən asqırsam da deyərlər ki, narkotik vasitə istifadə etdiyimə görədir. Halbuki mən neçə ildir artıq narkotikdən istifadə etmirəm. Buna görə də istənilən adamla mübahisə edə bilərəm. Sizcə məni tutsaydılar, indi mən sizinlə danışa bilərdim? Əlbəttə ki, yox... Dünən mən zəhərlənmişdim. Məni Sabunçu rayon xəstəxanasına apardılar. Ağzımdan köpük gəlirdi. Vəziyyətim pis idi. Mədəmi orada yudular. Sistem qoşdular. Bir gün xəstəxanada qaldım. Və bu gün artıq yaxşı vəziyyətdə evdəyəm. Belə yalan sözlər mənə pis təsir edir".