Türkiyəli nazirlərin istefasına ilkin reaksiyalar..

25 Dekabr 2013 13:15 (UTC+04:00)

Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Daxili İşlər naziri Muammer Gülər və İqtisadiyyat naziri Zəfər Çağlayanın istefasının ardından reaksiyalar gəlməyə başlayıb. Bu da ilk reaksiyalar ...


CHP başçısı Kamal Kılıçdaroğlu: "Bir az gecikmiş bir qərardır"


CHP qrup sədr müavini Məhərrəm İncə: "İlk istefa xəbəri gəldi. Yetməz, amma bəli"


Ankara Sənaye Palatası Başçısı Nurəddin Özdəbir mövzu ilə əlaqədar "hurriyet.com.tr"yə verdiyi açıqlamada "mühakiməyə sövq etmiş bir hadisədə , istintaqın salamatlığı baxımından hörmətli nazir lazım olanı etdi " deyib.


CHP başçısının müavini Umut Oran : " İstefalar 1 həftə gec gəldi və qeyri-kafi gəldi. İstintaqda adı keçən bütün nazirlər vəzifədən uzaqlaşdırılmalıdırlar".


MHP başçı köməkçisi Kənan Tanrıkulu , Twitterdən etdiyi şərhdə , "Nazirlər ən son avtobusa çıxdıqdan sonra tək-tək istefa edirlər .. " deyib.


CHP Kocaeli Millət vəkili Heydər Akar : "Nazirlikdən istefa etmələri yetməz, millət vəkilliyini buraxıb toxunulmazlıq zirehini çıxarmalıdırlar".