Məşhur caz ifaçısı dünyasını dəyişib

25 Dekabr 2013 13:32 (UTC+04:00)

Mövqe.az xarici KİV-ə istinadən bildirir ki, ABŞ-da caz musiqiçiləri üçün ən böyük hədiyyə olaraq qəbul edilən "Caz Ustadı" adına layiq görülən 93 yaşındakı Yusef Lateef dünyasını dəyişib. Qeyd edək ki, Yusef Lateef 1987-ci ildə New Age tərzi ilə bəstələdiyi "Yusef Lateef-in kiçik simfoniyası" adlı əsəri ilə "Grammy" mükafatının sahibi olub. Lateef ayrıca , 2010-cu ildə ABŞ-dakı dövlətə bağlı ən əhəmiyyətli sənət quruluşlarından "National Endowment For The Arts"ın verdiyi "Caz Ustadı " mükafatının da sahibi olub. 1950-ci ildə müsəlmanlığı qəbul edən Lateef bəstəkar kimi fəaliyyət göstərib. Uzun əsərləri , ABŞ və Almaniyadakı müxtəlif simfoniya orkestralarında səsləndirilib.