Yanardağ fəallaşıb

31 May 2012 11:57 (UTC+04:00)

Movqe.az xəbər  verir ki, 1985-ci ildə 25 min nəfərin ölümünə səbəb olan Kolumbiyadakı Nevado del Ruiz dağı kül püskürüb.Rəsmilər hadisənin sübh çağı reallaşdığını deyib. Dağın  kül püskürməsindən ölkənin qərbində yerləşən Manizales şəhəri daxil olmaqla Pereira, Armero və Kartaqodakı hava limanları da təsirlənib.Yanardağın yerləşdiyi ərazidən 500 nəfər evakuasiya edilib.

Xatırladaq ki, yanardağın 1985-ci ildə partlaması nəticəsində Armero şəhərində 25 min nəfər həlak olmuşdu.