Xəstənin qaraciyərinə elə bir şey yazdı ki..

25 Dekabr 2013 14:33 (UTC+04:00)

Movqe.az-ın xəbərinə görə, İngiltərədə xəstəxanalardan birində işləyən bir cərrah, öz adının və soyadının baş hərflərini əməliyyat elədiyi xəstənin qaraciyərinə "dağladığı" iddiasıyla işindən uzaqlaşdırıb.

Birmingham Tibb Fakültəsi Xəstəxanaları Vəqfi, Birmingham şəhərində yerləşən Queen Elizabeth xəstəxanasında çalışan cərraha yönəldilən iddiaları araşdırdıqlarını doğrulayıb.

Qaraciyərə "damğalanan" hərflərin adi bir əməliyyat zamanı cərrahın bir əməkdaşı tərəfindən kəşf edildiyi söylənir.

Vəqf, araşdırma bitənə qədər cərrahın müvəqqəti olaraq vəzifədən uzaqlaşdırıldığını açıqlayıb.  İngiltərədə yayımlanan bir qəzetdə, cərrahın "dağlamaq" üçün zəhərli olmayan arqon qazı istifadə etdiyini söylənir.

Arqon qazı adətən əməliyyatlarda qanayan damarları bağlamaq üçün istifadə olunur.