İranın Xəzər məsələləri üzrə yeni nümayəndəsi təyin olunub

25 Dekabr 2013 14:39 (UTC+04:00)

İranın Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi dəyişdirilib.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bu posta İbrahim Rahimpuru təyin edib. Eyni zamanda bu şəxs İran xarici işlər nazirinin Asiya və Sakit okean regionu üzrə müavini vəzifəsini də icra edəcək. İbrahim Rahimpur yeni postunda Məhəmməd Mehdi Axundzadəni əvəzləyib.

 

İranın Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İranla Xəzəryanı ölkələr arasında bu su hövzəsinin hüquqi statusu ilə bağlı müzakirələrin aparılmasında məsuliyyət daşıyacaq. Eyni zamanda bu istiqamətdə yerli nazirliklər və təşkilatlar arasında koordinasiya işlərini tənzimləyəcək.

Mənbə: Apa