Şaxta baba vuruldu! - FOTO-VİDEO

25 Dekabr 2013 15:20 (UTC+04:00)

Əlindəki boxçadan hədiyyə paylayan Milad atası geyimli şəxs küçədə irəliləyərkən silahla vurulub. Adı açıqlanmayan bu şəxs, yolda gəzərək Milad təbriki edirdi : "Bu möhtəşəm gündür" deyirdi. Lakin o, "Yeni iliniz mübarək" deyəndə qəfil atəş açılır və o, ağrı içərisində yerə yıxılır. Movqe.Az metro.co.uk"ə istinadən Hadisənin baş verdiyi yerə gələn Vaşinqton polisi həmin şəxsin xəstəxanaya aparıldığını, ciddi xəsarət almadığını deyib.  "WJLA-TV," televiziyası vurulmuş şaxta babanın onu heç kim incitmədiyi üçün xoşbəxt olduğunu dediyini bildirib.