Şou əhli yeni ilin ən yaxşı Şaxta baba və Qar qızını müəyyən etdi-SORĞU

25 Dekabr 2013 15:12 (UTC+04:00)

Mövqe.az bu dəfə şou əhli arasında ən yaxşı Şaxta baba və Qar qızı seçmək üçün elə onların özündən bu barədə soruşub. Beləliklə də ən əsas fikirləri sizə təqdim edirik:

Prodüsser Tolik:  "Şaxta baba Nadir Qafarzadəni görmək maraqlı olardı.  Onun yanında Qar qız kimi isə Nüşabə Ələsgərlini görmək istəyərdim. Əslində gərək qarqız şaxtababadan balaca olsun. Amma deyəsən bizdə əksinə olacaq".

Müğənni İlhamə Qasımova: " Şaxta baba yaşlı adam olmalıdır. Arzu Rzayev ola bilər. Sevda Yəhyayeva isə daha gözəl, incə olduğu üçün Qar qız olmaq ona yaraşar".

Müğənni Nadir Qafarzadə: " Qar qız kimi Sevda Yəhyayeva ola bilər. Şaxta baba kimi isə özüm. Çünki mən çox xeyirxah Şaxta baba olaram. Bayramda heç kimi hədiyyəsiz qoymaram. Amma ki, o birilər nəinki hədiyyə verməzlər, əksinə hədiyyə tələb edərlər".

Rəqqasə Fatimə: "Düşünüm bir az... Çətindi.... Ən yaxşı Şaxta baba Ədalət Şükürov ola bilər, ən yaxşı Qar qız isə Manana olar. Yaraşar məncə...

Stilist Samiraldo: " Qar qız Nura Surinin adını çəkə bilərəm. Çünki çox gözəldir, saçı sarıdır, rusa oxşayır. Bahar qızı Nanə Ağamalıyevanı deyərdim. Şaxta baba kimi isə Cavan Zeynallının adını çəkə bilərəm".

Şarm qrupu : " Ən yaxşı Şaxta baba dəyərli prodüsser Tolik, Qar qız isə incə vücuda malik Sevda Yəhyayeva ola bilər"

Müğənni Xuraman Şuşalı: "Şaxta baba Elnur Məmmədovu, Qar qız isə Oksana Rəsulovanı görürəm".

Müğənni Nüşabə Ələsgərli: "Ən yaxşı Şaxta baba Tolik, ən yaxşı qarqız isə Sevda Yəhyayeva ola bilər".

Aparıcı Ülvira Qarayeva: "Ən yaxşı Şaxta baba Murad Dadaşov ən yaxşı Qar qız isə Emma Ələkbərzadə ola bilər. Çünki Murad ölünü də şənləndirə bilər. Emma isə bir illik xeyirxahlıq proqramı yükləyər".