Milad günü İraqda kilsəni partlatdılar

25 Dekabr 2013 15:16 (UTC+04:00)

Partlayış nəticəsində əksəriyyəti xristian olmaqla 14 nəfər ölüb, 31 nəfər yaralanıb

İraqın paytaxtı Bağdadda kilsə yaxınlığında partlayış törədilib. Partlayış nəticəsində azı 14 nəfər ölüb, 31 nəfər də yaralanıb. 

Avtomobilə yerləşdirilmiş partlayıcı qurğu kilsədə Milad ayini başa çatdıqdan sonra işə salınıb. 

Polisin məlumatına görə, ölən və yaralananların əksəriyyəti xristianlardır.

Mənbə: Anspress