Günay:"Məncə Rza Sərraf hal-hazırda layiq olduğu yerdədi"

25 Dekabr 2013 15:23 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, məşhur türkiyəli aktyor Tolqa Karelin azərbaycanlı həyatyoldaşı Günay Musayeva, qonaq olduğu "Söyləməzsənsə Olmaz" proqramında rüşvət və sui-istifadə əməliyyatında həbs olunan Ebru Gündeşin həyat yoldaşı Rza Sərraf haqqında şok ifadələr söyləyib. 


Rza Sərrafın köhnə sevgilisi Azəri qızı Günel ilə yaxın rəfiqə olduğunu bildirən G. Musayeva bildirib:" Rza bakılı deyil. Onsuz da konsulluq şərh etdi. Rza Günelə qarşı böyük haqqsızlıq etdi. Rza  Ebru Gündeş, İbrahim Tatlıses kimi adlarla Günel sayəsində tanış oldu. Günel, ona heç bir şey etmədi. Sadəcə 8 ilini verdi. Ebru Gündəş üçün villalar alınca, kaş ki, o, Günel üçün bir gül alardı". 


Rza Sərrafın Azərbaycanda yaxın dostlarını da aldatdığını deyən  Günay Musayeva Rzanın hal-hazırda haqq etdiyi yerdə olduğunu açıqlayıb:  "Dolandırılan yoldaşlarımın da uşağı var idi. Rza onlara da zərər verdi, aldatdı. Bunları Azərbaycanda da bilənlər var. Məncə Rza Sərraf hal-hazırda laiq olduğu yerdədi".