Döyüşlər davam edir

31 May 2012 12:15 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Suriyada Bəşər Əsəd rejiminə bağlı ordu birliklərinin  2 gün müddətində ölkənin müxtəlif şəhərlərində həyata keçirdiyi əməliyyatlarda 110 nəfərdən çox insan həlak olub. Suriyanın İnsan Haqqları üzrə Müdafiə Təşkilatı ən çox itkinin Humusda olduğunu deyib. Beləki Humusda 25 nəfər, Deyr-i Zor'da 16, Şamda 15, Hama'da da 9 nəfər həlak olub. Suriyadakı BMT müşahidəçi heyətinin rəhbəri general Robert Mud Deyr-i Zor bölgəsində tapılmış cəsədlərin əllərinin bellərində bağlı olduğunu, bəzilərinin başına isə qısa məsafədən atəş açıldığını müşahidə etdiyini bildirib.