Ankarada Azərbaycanın müdafiə naziri və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasında görüş keçirilib

25 Dekabr 2013 18:53 (UTC+04:00)

Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəllə görüşüb.


APA-nın Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri müzakirə edilib.